Submit Blog Login Last Submitted Blogs RSS Archive Contact  
Olan ve Biten
 
 
 
Olan ve Biten
Yuxulari gerekleshdirmenin en gozel yolu oyanmaqdir.
Language: English
RSS Feeds for this Blog
Statistics
Unique Visitors: 0
Total Unique Visitors: 13863
Visitors Out: 131
Total Visitors Out: 131
 
 
Articles
Təsadüflər təsadufidirmi?
2008-09-23 07:00:00
----------------------------------------------------------------------------------------------------------------------------------------------------Ruzigarim yazıb: Təsadüflərə aid bir mövzu quraq. Təsadüflər təsadufidirmi?                                                                                       Sentyabr 22, 2008 22:09-----------------------------------------------...
 
Ayrı-ayrı xəstəlikərin səbəbi nədir?
2008-09-20 10:42:00
Görəsən niyə bir mikroorganizmin törətdiyi xəstəliyi əksər hallarda başqa mikroorganizm törədə bilmir? Əgər hər ikisi xəstəlik törədirsə, onda niyə eyni xəstəlik yox? Ya müəyyən bir sahədə xəstəlik törədən mikrob başqa bir sahədə xəstəlik törətmir?Buyurun fikirlərinizi bildirin. Sizcə buna səbəb nə ola bilər?......
 
Sıra məndə-Uşaqlıq sirrlərim
2008-09-19 15:49:00
Məhin bir top atdı,Gəldi düşdü başımaYadım yerinə gəldiOyandı uşaqlıq.Məhinin topu mənə istiqamətləndi. Buna görə ona öz təşəkkürümü bildirirəm.Evdəkilərin dediyinə görə uşaqlıqdan fərqli olmuşam. 6 aylığımda ikən qışın soyuğunda gecə agladığıma görə babam məni eyvana atıb ki, donub ölüm, bəlke səsim kəsilə. ))) 3 yaşımda olanda evden pul alıb, “Allah baba” kitabları adı ilə evimizin yaxınlığındakı kitabxanadan şəkilli kitablar alırdım. Oxuya bilməsəm də, şəkillərə həvəslə baxırdım. Evimizdə kiçik bir kitabxana düzəltmişdim.......
 
Rənglər
2008-09-17 12:38:00
Görəsən rənglər necə yaranır? Ayrı-ayrı maddələr eyni rəngdə və yaxud eyni maddə müxtəlif rəngdə necə ola bilər?Buyurun. Cavablandırın. Qarşıda mən də öz fikrimi yürüdəcəm.......
 
Elmi-kreativ müzakirə
2008-09-17 08:28:00
Müəmmalı suallar. Sizdən isə kreativ cavablar. Düşün, təsəvvür et, yaz! Öz fikrini irəli sür. Burada heç kim səni dəli adlandırmayacaq! Bəlkə, elə sən düzsən? Belə bir mövzu açmaq qərarına gəldim. Məncə maraqlı olar. Sirrləri açılmayan suallar veriləcək və bu suallara hərə öz düşüncəsi ilə cavab verəcək. Yəni veriləcək suala kiçik bir hipotezini irəli sürəcək. Bəlkə, elə sənin fikrin dünyaya, elmə yeni bir açar oldu? Buyur. İştirak elə. Sən hamıdan agıllı və intellektualsan. Bunu sübut elə. Fantaziyanı işə sal və "beyninin qırışlarını" artır... Və unutma ki, fantaziyan səni zirvələr qaldıra bilər. Məh...
 
Təkamül haqqında düşüncəm...
2008-09-15 15:22:00
"Fikrimcə regress yoxdur, ancaq progress var. Regress isə progressin bir formasıdır". (blogcu)Bəzilərimiz təkamülü qəbul etmirik. Bəzilərimiz təkamül deyəndə ancaq darvinizm yada düşür, insan-meymun və s. Mənsə bu bəzilər kimi darvinizmi qəbul etməsəm də, təkamülə həddsiz inanlardanam və bu təkamülü görürəm. Təkamül hər yerdədir, sadəcə gözümüzü açıb yaxşıca baxmırıq. Müşahidələr aparmırıq.Ətrafımızda gördüyümüz hər bir canlı hər an öz təkamülünü yaşamaqdadır. Tək canlılar yox, bütünlüklə materiya adlandırdığımız hər şey öz təkamülündədir. Təkamül olmasa h...
 
Cənab Gərgədan
2008-09-15 02:09:00
Vüg@rın düşündürən şəkillər silsiləsinə aid olan "Həyata baxışınız" postu Turalfotdan sonra mənə də kiçicik bir yazı  yazmağa məcbur etdi. (Yəqin ki, Vüg@r inciməz). Həəə, keçək indi bu postun əsas qəhrəmanı Cənab Gərgədana. Vüg@r bunu düşündürən şəkillər silsiləsinə aid etsə də, deyəsən, biz heç düşünmədik. Bunu sürrealist qəbul etdik. Amma əslində bu tam realizm idi. Cənab Gərgədan öz gördüyünü çəkmişdi. Bizsə Cənab Gərgedanın çəkdiyini (düşünmədən) sürrealist adlandırdıq. Deməli, biz özümüz bir anlığa sürrealist olmağa calışdıq. Həyatı olduğu kimi ...
 
"Lazımsız DNT"lərin təkamüldə rolu
2008-09-08 17:18:00
Yale tədqiqatçıları , "Lazımsız DNT"nin insanın baş barmağının və ayağının təkamülündə aparıcı rol oynadığı fikrini irəli sürüblər.   İnsan genlərini ətraflı sürətdə izah edən 3 milyard genetik koddan, Yale alimləri insanin əmək qabiliyyətinə və şaquli yerişinə səbəb olan üzvlərdə təkamül dəyişikliklərinə səbəb ola biləcək "lazımsız hissəciyi" tapıblar. Science jurnalının xəbər verdiyine görə, insan, şimpanze, rezus makakasında və digər genlərdə aparılan müqayisəli analazilərin nəticələrinə əsasən, alimlər fərz edirlər ki, bizim təkamülümüzə səbəb təkcə genlərin ardıcılığında gedən dəyişik...
 
Alimlər “Allahın hissəciyi” axtarışında. LHC
2008-09-08 08:38:00
Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndircisidir. LHCnin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron kollayderində protonlar 14 TeV (14 teraelektronvolt- 14·10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. LCH Fransa ilə İsveçrə ərazisində  26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. LHCda proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 magnitdən istifadə olunub. M...
 
Təbəssüm
2008-09-05 04:25:00
Bu şəkili İsmayıllıya gedəndə çəkmişdim. Məncə gözəl şəkildir. Sizin də şərhlərinizi görmək xoş olardı.......
 
Wordpress theme _Paper stil
2008-09-04 14:08:00
Salam, əziz oxucular. Bir daha bloguma gəldiyiniz üçün təşəkkür edirəm.Keçək əsas məsələyə... Ola bilər kimilərsə azəriblogun admini Fərhad qardaşın yaratdığı 40 stildən özünə lazım olanı tapıb ( mənim də bəyəndiklərim var. ). Amma yəqin ki, bəziləri tamam fərqli dizaynlar axtarışındadiır. Zövqlər müxtəlifdir... Bir çoxları isə htmldan yaxşı anlamadıqları üçün gördüyü hansısa stili öz bloguna uyğun yığa bilmir və yaxud çətinlik çəkir. Nəticədə isə səhifədə çoxlu səhvlər ortaya çıxır. Bugündən calışacam azəriblog sisteminə uygunlaşdırğım stilləri sizlərə təqdim edim. Gördüyü...
 
Bu şəhərin günahı
2008-08-25 12:54:00
Bu şəhəringözü qaranlıq şoselərindəSənin kölgən görünər.Bu kölgən dəGecəni çöldə qalmaqdan qorxubMaşın təkərlərinə yalvarar...Hər gecə Dabanı əyilən ayaqqabılarınAyaqların altında əzilənnamusuna işarədir.Damla-damlabu gecənin yollarına tökülər.........
 
Yağışlı xatirələr
2008-08-25 12:49:00
  Yağışlı havalar istəyirəmKöhnə pəncəyimi geyibƏllərim cibimdəYenə gəlimbinanıza sarı.Titrək-titrəkPəncərənə boylanım.Səni görcəkHəsrətim sənlə dolsun.......
 
Oğurluq!!!
2008-08-23 11:46:00
Salam, əziz oxucularim. Bu yaxinlarda bir bloga girdim ve blogumda mene mexsus olan sheirimi gordum. hansi ki, ne muellifi yazilib, ne de menbesi. Hele iki sheirmi qatib bir birine guya ozunden nese qoshub. Nece defe sherh de yazdim, sherhlerimi qebul etmir. Catina yazdigim mesajlari da pozub. Insan da bu qeder soyush yiyesi olar?! Bu Tebrizden azeribloga qoshulan Ibrahimin blogudur. "Seni olene qeder seveceyem". Ibrahim, adam bu qeder cindir olmaz. sheirmi oz bloguna yerleshdirmek istemisen, gel menden icaze al yerleshdir. Daha iki sheirimi bir birine qatib, oz adindan mehsul cixartma ortaya. Yalanin omru az olur. Ozu de bu qeder soyushden sonra, sen hansi uzle blogunda saxlamisan onu? O qeder sevdin o sheiri, gel burdan oldugu kimi kocur, menbeli, muellifli. daha plagiatliga e...
 
Etüdlər və ya bədii tapmaca
2008-08-23 08:24:00
****Artıq cənnətə inanmırGecə yarısıblok qırağındaOyanan uşaq.****Çünki saqqızını itirdi.Atasının cibində qaldıUşağin arzuları.****Susuzbalıqlar havada üzərElə bilər dənizdir.Son ümidi var yaşamaqçün.......
 
Özgələr ( fəsil3)
2008-08-22 11:45:00
  Fəsil 3. Səhərisi kənddə özümə lazım olan şeyləri yığıb Neftçilər metrosu tərəfə getdim. Orda görüşməliydik. O biri iki dostumun da evlərindən Neftçilərə avtosbular çoxdur. Ona görə çox vaxt şəhərə gəzməyə çıxanda orda görüşürük. Nağı tez gəlmişdi. Həmişə belə edir. O çox vaxt bizi qabağlayır. Hardasa 10 dəqiqə Müşfiqi gözlədikdən sonra Müşfiq də gəlib çıxdı. Müşfiq -Ooo. Kak delişki? A kak detishki?- deye öpüşüb görüşdü.   Müşfiq rus dilini yaxşı bilmediyindən dedikləri gülməli bir ləhcəylə çıxırdı.   -Sənə min dəfə demişəm!...
 
Yeni dizayn )))
2008-08-22 06:58:00
Blogumun stilini dəyişdim. Məncə bu daha da gözəldir. Həm də yeni imkanlar var. ))) Deyəsən, azəriblog sistemində belə zəngin dizayn yoxdur. ))) Çox çalışdım bunun kodlarıyla. Axır ki, düzəltdim. Birinci düşünürdüm bacarmaram. Çox qarmaqarışıq idi. Hətta bir webdizaynerə 30 manat da təklif etdim ki, düzəltsin mənimçün. Naz elədi. ))) Axır ki, özüm el-ayağını yığa bildim. )) Buyurun... Bu da bir arzu idi. Yerinı yetdi. )))......
 
Özgələr( fəsil2)
2008-08-20 05:57:00
Fəsil 2.     Telefonu qoydum. Axşamı o iki dostlarıma zəng etdim. 3xəttli əlaqə ilə. Biz həmişə belə danışırdıq çox vaxt. Konfrans əlaqəni aktivləşdirmişdim. Bir şeyi müzakirə edəndə belə danışırdıq.   -Nağı, kameranı tapdın?- sual verdim. -Yox.- Müşfiq gülərək dinləndi. -Ala, daha nəyə gülürsən? Guya yaxşıdır? Nağı: -Müşfiq… Bad adam.   Nağının ən çox işlətdiyi fraza idi. Ən yaxşı şeyı, bir də ən pis şeyə həmişə baddır deyə cavab verirdi. Soruşanda ki, bu “bad”ın mənası nədir? Deyirdi: “bilmirəm. Dilimə düşüb deyirəm də”.  ......
 
Özgələr
2008-08-19 14:18:00
Yazıdakı personajlar, məkanlar real həyatdan seçilib. Bilmirəm, Azərbaycan ədəbiyyatında dəhşət (horror) janrında yazan var, ya yox, amma çalışdım... nəsə... Xarici horror janrda yazan məşhur yazıçı Stiven Kingi tanıyırsız, yəqin. İndiki ən çox dəhşət, elmi fantastik kinolar da həmin yazıçının əsərləri üzərində qurulub.Buyurun...  ÖZGƏLƏR  Fəsil1.  -Salam Bəxtiyar əmi. Necəsən? Biz sabah gəlmək istəyiriyeee. Tapdın o ovçuların yatağ dəstini? 3 dənə… -Yox. İkisini tapmışam. Birini tapanmıram. Oğraş qonşularda olsa da, deyirlər yoxdu! Ya cırılıb, ya xarab olub. İkisi bəs eləməz? -Biz 3 nəfərik axı? Demişdimeee sənə 2 dostum. Nağ...
 
Gəl, ay qonşu. gəl. :)
2008-07-26 15:22:00
 Məşhur rus saytı olan mail.ru-da özümə grup yaratdim. Hansı ki, qrupun məqsədi bu bloga  daxil olmaqdir.(bir sözlə blogumun reklamı) (Mən spamer deyiləm). Hardasa mindən çox mail.ru istifadəçisinə (azərbaycanlı) bu grupa üzv olmaq barəde mesaj yolladım. Yəqin çox qısa zamanda- qrupa üzv olmasalar da, maraqdan bloguma girib baxacaqlar. Bununla həm öz bloguma yeni istifadəçilər qazanmış olaram, həm də azəriblog sisteminə yeni bloggerlər gətirmək. (məncə). Yəqin yaxşı olar. Azəriblog sağ olsun. Ümidvaram bu grupdan gələcək az-çox adam azəriblog sistemindən özlərinə də blog açarlar.......
 
İçdim-içdim
2008-06-29 07:52:00
Pərvizin "Ayr. 96%" şeirinə...    İçdim-içdim Dəlilər kimi kölgəmi izlədim Düşündüm sənsən. Çatdım köhnə şəhərə… İçdim-içdim yıxıldım Könhə şəhərin Zibil qucağına…   ......
 
Modern satira (yaz gəldi, yonca bitdi…)
2008-06-28 14:26:00
Yaz gəldi Gün çıxdı Qarlar əridi Yollar palçıqdan azad oldu. Sonra da Köhnə parkda Yonca bitdi. Gördüm sevdim dərdindən öldüm. O da məni sevdi…......
 
Yağışla gəl
2008-06-24 09:05:00
Yağışla gəl  Bugün yağış yağacaq Toxunacaq tər pəncərəmə Barmağımla çəkdiyim Ürəyimə qonacaq. Olduğumuz  şəhərdən Xatirələr gətirəcək İçində də sən… Bilirəm…......
 
Qısqanc sevgilim
2008-06-23 10:50:00
Qısqanc sevgilim Bu gecə yoxsan... Ürəyimdəki sızıltıya Çəkmədiyim sigaretlə baxsam İçimə alsam Tüstülü gözlərimdə Xəyalını çəksəm Yanımda hiss etsəm seni. Sənsiz gecəmi Belə keçirsəm… Səhər olan kimi Məni görən kimi Qışqıracaqsan: “Yenə sigaret çəkmisəəən”?......
 
Heç bilirsən?
2008-06-22 05:44:00
Mənə də şeir bəslə deyirsən. Bəs bilirsən ki, hər şeirim Bir qıza bəstələnib? Bilirsən ki, hər şeirimdə Bir qız yalvarır? Bilirsən ki, hər şeirimdə Öz rəngli həriflərimlə xatirələr çəkmişəm? Bilirsən ki, hər şeirimdə Bir ömür məhkum etmişəm? Heç bilirsən?.........
 
Artıq "Digg"də
2008-06-19 08:35:00
Bugün öz blogumu məşhur Digg.com saytında yerləşdirdim. Hmmm. necədür siziyçün?......
 
Hər gecəm (melanxolik gecələr)
2008-06-19 04:37:00
Hər gecəm Qulagıma pıçıldayan rock mahnılar. Hər gecəm depressiya. Hər gecəm Həyata nifrət. Hər gecəm Pauzalar dolu baxışlar. Hər gecəm Sənsizliklə barışmayıb Əllərim üzümdə hönkür-hönkür Ağlayışlar.......
 
Blogumuzun uğuru?
2008-06-17 03:15:00
Bugün "Ən maraqlı keçidlər" bloguna girəndə oradakı bir yazı diqqətimi cəlb etdi. Cybernetic Analytic System saytinin websaytlarin reytingini müəyyənləşdirməsi. Məndə yoxlamaq qərarına gəldim və nəticələr bələ alındı.Gördüyünüz kimi bu blog gümüş kategoriyasında yer alsa da, 31-ci kadr da (reytingdə yeri 1663) ,  worldscience blogum da (reytingdə yeri 1662) 1450.5 balla qızıl kategriyasında yer aldı. Amma maraqlısı odur ki, 1066.5 balla blogcu gümüş (reytingdə yeri 30493) kategoriyasında yer alıb. Bəlkə siz də yoxlayasız? Bir aydan yenə yoxlayacam. Baxım artım olacaq? Sayta daxil ol və yoxla.......
 
Peşimançılıq
2008-06-16 05:10:00
Peşimançılıq Artıq yaydı Havalar isti keçsə də Sənin soyuqluğun hələ də üşüdür məni… Düzdür səhv etdim Sən ola-ola Başqasını tapdım. Vaxtım yoxdur deyə kəsə cavablarla Səni evinə ötürüb Başqa görüşlərə getdim. Başqa əllər tutdum. Həmişəki kimi mobilnimə baxanda Qoymadım.......
 
H.O.S.T Alliance- Qarada Qirmizi
2008-06-11 04:57:00
H.O.S.T Alliance- Qarada Qırmızı albomu artıq satışda... Kimlər H.O.S.T-u tanımırsa, özləri demişkən indi vaxtıdır. Gəlin birləşək.                    Q                    A                   R                   A                   D                   A  &...
 
Olmayan sevgimə...
2008-06-08 09:27:00
Hər görüşə gələndəGözlərində sevincini görməyim,üreyimə yol açar.Alıb məni-məndənQaçar uzaqlara…Yanıb-sönənqara gözlərininParıltısı var gözlərimdəBaxdıqca xoşbəxtlikdənDolduğum…Şıltaq hərəkətlərinlənazlı-nazlı gülümsəBalaca, incə dişlərinəQurban olduğum…......
 
Prezervativlərin tarixi...
2008-06-08 01:45:00
 Prezervativlərin 4000 il yaşı vardır. Tarixi qeydlərə görə ondan hələ Misir fironları, Roma əhalisi istifadə edirdi. Qədim prezervativlər indiki kimi lateksdən yox, bagırsaqdan hazırlanırdı. Onlar əsas etibarilə hamiləlikdən qorunmaqçün yaradılırdı. Ona görə də onlardan bir dəfə yox, bir neçə dəfə istifdadə edilirdi. "to presreve" ingiliscə müdafiə etmək mənasını daşıyır. "Kondom" sözünün isə öz tarixcəsi var.Bir efsanəyə görə ilk prezervativ II Karlın həkimi Kondom tərəfindən hazırlanmışdı. Karl özünün varislərinin ildırım sürəti ilə çoxaldığını görərək  təşvişə  düşməyə başlayır və...
 
3 nöqtə (v.v7)
2008-06-04 14:09:00
3nöqtə***** Mənim arzularım Mənim arzularım Andromeda arzuları qırlı dam örtüklərindən mənfi2 gözümdə parlayan qeyri-dəqiq ulduzlar oralardan süzülən yarıqaranlıq işıq damlaları Mənim arzularım...  ......
 
Foto blog
2008-05-28 08:32:00
Bugün özümə yeni bir fotoblog açdım. Öz çəkdiyim şəkillərdən yavaş-yavaş yerləşdirəcəm o bloga.  Yəqin ki, yaxşı olar. Yəqin ki, uzun ömürlü olar. Istəsəz kənarda gördüyünüz "31-ci kadr" düyməsinə basın və daxil olun.  ......
 
Adolf Hitler
2008-05-24 04:29:00
Adolf Hitler (20 Aprel 1889, Braunau, Avstriya - 30 Aprel 1945, Berlin) Almaniya NSDP-ın sədri (fürer), 1933-1945-ci illərdə faşist Almaniyasının başçısı (reyxs-kansler). XX əsrin hərbi canilərindən və qəddar tiranlarından biri hesab olunur. Adolf Hitler 1889-cu ilin aprel ayının 20-sində Avstriyanın Braunau şəhərində anadan olub. Ailənin 5 uşağından üçüncüsü olub. 13 yaşında atasını, 19 yaşında isə anasını itirib. Gənc yaşlarında Vyana İncəsənət Akademiyasına daxil olmaq istəsə də akademiya tərəfindən rəssamlığa yararsız izahatı ilə iki dəfə (1907 – 1908) rədd cavabı alır. Bununla belə istedadının daha çox memarlıq sahəsində parlaya bil...
 
 
 
 
eXTReMe Tracker